- Köhnə - Cəmiyyət
- 26 Sentyabr 2013 09:06
- 14 133
Yeni doğulan uşaqlara verilən 2 min ad qadağan olundu
"Komissiyada sədr olmadığından məsələ dayanmışdı. Amma Akademiya prezidenti Akif Əlizadə iyul ayında komissiyaya sədr seçilib. Sentyabrın 18-də bu məsələni müzakirə etmişik. Gələn həftə komissiyanın üzvlərinin iclası keçiriləcək. Siyahımız müəyyənləşib. Həmin siyahı mərhum Mahmud Kərimova aydın idi. Amma Akif Əlizadəyə aydın deyildi. Odur ki, siyahı hələ müzakirə edilir".
Rayonlarda VVADQ idarələrinin yeni doğulan uşaqlara istənilən adların qoyulmasına göz yumduğunu deyən Sayalı Sadıqova bildirib ki, Terminologiya Komissiyasının hazırladığı siyahıya gülüş doğuran bəzi adlar salınmayıb.
"Adlarla bağlı siyahı Ədliyyə Nazirliyindən alınıb. İndi o siyahı müzakirə olunacaq. Hansı adlar ki, müasir dövrə uyğun deyil, gülüş doğurur, onlar siyahıdan çıxarılıb. İnanmıram ki, indi hansısa valideyn övladına "Traktor", "Limonad", "Şüyüd" adını qoysun. Bu tipli adlar bizim siyahımızda yoxdur. Komissiyaya 20 min addan ibarət siyahı təqdim edilmişdi. Amma orada təkrar adlar çox olduğundan, onlar ixtisara salındı və nəticədə 9 minə qədər ad qaldı. 2 minə yaxın gülüş doğuran adı siyahıdan çıxartdıq. İndi yekun siyahı gələn həftə Komissiyanın iclasında müzakirə olunacaq".
AzNews.az