- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2013 10:31
- 5 446
Böyük Britaniyalı deputatlardan İlham Əliyevə dəstək
Trend-in məlumatına görə, respondentlərin 72 faizi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib, onun Qərbin və xüsusilə də Böyük Britaniyanın etibarlı müttəfiqi və Avropaya inteqrasiyaya dəstək verən lider olması fikrini ifadə ediblər.
BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycanın suveren torpaqlarından geri çəkilməyə çağıran 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı suala böyük əksəriyyət qətnamələrin icra və tətbiq edilməsinin labüd olması cavabını verib.
Həmin sualı cavablandıran millət vəkillərinin müsbət rəyi mənfi rəydən 18 dəfə çox olub ki, bu da öz növbəsində BMT-yə, Azərbaycanın ərazi bütövlüyünə və məcburi köçkünlərin hüquqlarına olan güclü dəstəyi əks etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyi müddətdə Azərbaycanda olan bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmaq iqtidarında deyil.
Respondentlərin 94 faizi Transadriatik qaz kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyinə əmin olduqlarını bildirib.
"Dods Polling" Britaniya və Avropada sorğu, siyasi informasiya təhlili və ictimai kommunikasiya platformalarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən ən təcrübəli təşkilatlardandır.
AzNews.az