- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2013 22:36
- 2 605
Elnarə ad günündə qəzaya düşdü
Ailem.az-ın məlumatına görə, Elnarə ad günü keçirilən məkana gələn zaman avtomobil qəzası keçirib. Müğənninin maşını arxadan vurulub. Lakin xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Necə deyərlər, xəta-bəlasız ötüşüblər. Müğənni özü isə bunu yarı zarafat, yarı ciddi "bəd nəzər"lə əlaqələndirib.
Gecənin qonaqları arasında Natəvan Həbibi, Samira, Nura, bəstəkarlardan Vaqif Gərayzadə, Sevda Məmmədli, aparıcılar Afaq Gəncəli, Zaur və Günay Baxşəliyeva cütlüyü də olub. Ancaq müğənninin övladları gecə boyunca gözə dəyməyiblər. Bunun səbəbi isə tədbirdə mətbuat nümayəndələrinin də iştirakı olub. Məlum olduğu kimi, Elnarə və həyat yoldaşı Rövşən övladlarının fotolarının mediada yayımlanmasının əleyhinədirlər. Valideynlərinin bu qərarını isə uşaqlar anlayışla qarşılayıblar. Onlar "Happy birthday" oxumaq üçün analarının evə qayıtmasını səbirsizliklə gözləyiblər.
Mərasimdə Elnarənin aldığı ən maraqlı hədiyyəyə gəlincə isə, bu, iş yoldaşları tərəfindən hazırlanan təbrik süjeti olub. Süjetdə məşhur həmkarları onu təbrik ediblər.
Həyat yoldaşı Rövşənin hədiyyəsi isə Elnarə üçün təşkil etdiyi bu ad günü mərasimi idi.
AzNews.az