Rusiya nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcək

Rusiya Federasiya Şurasının nümayəndə heyəti oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müşahidə aparmaq üçün Azərbaycana gələcək.

Federasiya Şurasının mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumatda bildirilib ki, nümayəndə heyətinə Federasiya Şurasının sədr müavini İlyas Umaxanov rəhbərlik edəcək.

Bundan başqa, nümayəndə heyətinə Federasiya Şurasının Elm, təhsil, mədəniyyət və informasiya siyasəti komitəsinin sədr müavini Viktor Lopatnikov və Federativ quruluş, yerli özünüidarəetmə və Şimalla iş komitəsinin üzvü Nikolay Maksyuta daxildir.

AzNews.az