- Köhnə - Cəmiyyət
- 7 Oktyabr 2013 16:07
- 2 144
Şagirdlərin sayı az olan məktəblər birləşdiriləcək
AzNews.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qeyd olunan proqramın hazırlanmasında əsas məqsəd mövcud məktəb şəbəkələrinin səmərəliliyinin və son nəticədə tədrisin keyfiyyətinin yüksəldilməsidir.
Nazirlik tərəfindən davamiyyət aşağı olan ucqar kənd məktəblərindəki vəziyyətə də aydınlıq gətirilib. Bildirilib ki, ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcək.
AzNews.az