- Hadisə
- 12:00
- 2 569
Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edilib?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Aznews.az xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev İrəvan quverniyasında azərbaycanlılar yaşayan kəndlərin dağıdılması, Ermənistan hökumətinin inkar etdiyi faktlar və tarixi sənədlərin sübuta yetirdiyi həqiqətlərdən danışıb.
Onun sözlərinə görə, ermənilərin 1917–1918-ci illərdə İrəvan quberniyasında törətdiyi kütləvi zorakılıq və qırğınlar danılmaz faktlardır: "İrəvan quberniyasında 199 azərbaycanlı kəndi yerlə-yeksan edilib. O zaman İrəvan faciəsini Fövqəladə İstintaq Komissiyası üzə çıxara bilmədi. Çünki komissiya İrəvana buraxılmayıb. Bununla da Ermənistan ərazisində azərbaycanlıların taleyi araşdırılmayıb. İrəvan quberniyasında sistemli etnik təmizləmə tarixi sənədlərlə sübuta yetirilib. Sovet vaxtı daşnak hökumətinin 250 müsəlman kəndini dağıtması faktı təsdiqlənib. Ermənistanda 30 aylıq daşnak hakimiyyəti dövründə azərbaycanlıların sayı 77 faiz azalıb".
Tarixçi deyib ki, Azərbaycan Cümhuriyyəti dövrünün sənədləri İrəvan faciəsini açıq ortaya qoyur: "1919-cu ilin sənədləri bugünkü mübahisələrə cavab verir. Ermənistan hökumətinin inkar etdiyi, ancaq sənədlərin sübut etdiyi həqiqətlər üzə çıxır. Bir sözlə, Ermənistanda azərbaycanlılara qarşı sistemli sıxışdırma siyasəti aparılıb".
İ.Niftəliyev İrəvandakı soyqırımın qarşısının alınmamasının səbəbləri, 70 min azərbaycanlının yoxa çıxması və s. məsələlərə də aydınlıq gətirib.
Daha ətraflı videoda: