Aynur Camalqızı ANS-ə və Elçin Əlibəyliyə savaş açdı

"Rüşvət aldıqlarını da onlara sübut edəcəyik"





Publika.az saytının rəhbəri Aynur Camalqızı keçmiş əməkdaşı, hazırda ANS-də "Açıq söhbət" proqramının aparıcısı Elçin Əlibəylinin ünvanına sərt ifadələr işlədib. Sosial şəbəkədəki statusunda A.Camalqızı son günlər çox müzakirə edilən məsələyə - "Açıq söhbət" proqramında tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı mövzunun dəyişdirilməsinə etirazını bildirib: "İki körpənin anasını öldürən qəssab-həkimlərlə qan üzərində alış-veriş edən telekanalla da, onun 200 kiloluq aparıcısı ilə də savaşda sona qədər varam!!! Anar Niftəliyəv dostum, onun anasız qalan balaları ciyərparamdır".

Bütün həmkarlarını səsinə səs verməyə çağıran A.Camalqızı "Növbəti qurbanlar olmasın deyə üstlərinə getməliyik. Rüşvət aldıqlarını da onlara sübut edəcəyik. Cinayətkar həkimlər də cəzasını alacaq..." deyə yazıb.

Elnur
AzNews.az