- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2013 14:17
- 3 441
Polad Bülbüloğlu jurnalistlərə müraciət etdi
Səfir qeyd edib ki, bu gün Azərbaycan üçün əlamətdar və şad gündür, çünki prezident seçkiləri hər bir ölkə üçün mühüm siyasi hadisədir.
"Şübhəsiz ki, biz, Azərbaycanın Rusiyadakı səfirliyi kimi burada çoxlu sayda Azərbaycan vətəndaşının yaşadığını nəzərə alaraq artıq bir neçə aydır ki, hazırlıq aparır, MSK ilə əlaqə saxlayırıq. Xüsusi məntəqə, tam bir mexanizm, komissiya, seçki məntəqəsi və s. yaradılıb. Gördüyünüz kimi, qutular artıq dolur, çünki seçicilərin iştirakı yaxşıdır. Hesab edirəm ki, Moskvada yaşayan Azərbaycan vətəndaşları öz vətəndaşlıq borclarını yerinə yetirirlər- gəlirlər və səs verirlər".
Səfir "Vestnik Kafqaza"nın müxbiri Mariya Sidelnikova ilə ayrıca söhbətində qeyd edib ki, seçkilər kontekstində Azərbaycanın gələcəyini müsbət görür.
Bülbüloğlu xatırladıb: "İş burasındadır ki, bu gün hətta heç kimi xüsusi olaraq təbliğ etmək lazım deyil. Azərbaycanın son illərdə həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurlara baxmağa dəyər ki, Azərbaycanın etibarlı əllərdə olduğunu, etibarla və düzgün idarə olunduğunu başa düşəcən. Azərbaycan dünya xalqlarının ailəsində layiqli yer tutur. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və regionda həlledici əhəmiyyətə malikdir. Əlbəttə, bunların hamısı göydən düşməyib, bütün bunların arxasında Prezidentin, onun bütün komandasının və bu gün Azərbaycanın inkişafı üçün çalışan bütün adamların çox böyük əməyi durur. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan xalqı bu siyasətin davam etdirilməsi üçün düzgün seçim edir".
Səfir qeyd edib ki, Azərbaycanın daxilində inkişaf gedir ki, onun bu gün postsovet məkanında sadəcə olaraq analoqu yoxdur.
P.Bülbüloğlu deyib: "Təkcə Bakı şəhərinin özündə deyil, Azərbaycanın rayonlarında da yeni iş yerləri açılır, əməkhaqqı, pensiyalar, təqaüdlər artır. Bütün bunların hamısını adamlar müşahidə etməyə bilməzlər. Siz görürsünüzmü ki, bu gün nə qədər sıx qrafik var, çoxlu adam var. Səhər saat səkkizdə bizim səsvermə məntəqəsi açılıb, artıq 200-dən artıq adam səs verib. Hətta küçədə və foyedə adamlar dayanıb və bizim hazırlıq işlərimizin hədər getmədiyi məni sevindirir. Məsələ bundadır ki, Rusiyada çoxlu Azərbaycan vətəndaşı yaşayır, işləyir, çoxlu sayda tələbə təhsil alır - onların hamısı ilə artıq bir neçə aydır hazırlıq işi aparılır. Hamıya bu gün, oktyabrın 9-da səfirlikdə səsvermə məntəqəsinin açılacağı elan edilib və mən çox sevinirəm ki, bütün bunların hamısı öz nəticəsini verdi, Rusiyada yaşayan azərbaycanlılar böyük ruh yüksəkliyi ilə öz vətəndaşlıq borclarını yerinə yetirirlər və prezident seçkilərində səs verirlər".(trend)
AzNews.az