Bəylə gəlin Nərimanovda seçkiyə gəldi - Foto

19 saylı Nərimanov Seçki Dairəsinin 26-cı Seçki Məntəqəsində maraqlı hadisə baş verib. Səsverməyə gələnlərdən ikisi bəylə- gəlin olub.

AzNews.az xəbər verir ki, toy günləri seçki gününə təsadüf edən cütlük əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər. Musiqinin müşayiəti ilə səs verən bəylə- gəlin daha sonra şadlıq sarayına yola düşüblər.

Məntəqə sədri bu hadisəni ərazidə seçkiyə böyük marağın olması ilə əlaqələndirib.

Azər
AzNews.az