“RƏY” Monitorinq Mərkəzi həyata keçirdiyi “exit-poll”un nəticələrini açıqladı

"RƏY" Monitorinq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Mərkəzin direktoru Rizvan Abbasov APA-ya bildirib ki, respublika üzrə 64 dairənin 500 məntəqəsində monitorinq aparılıb: "Ümumilikdə 66,8% seçici arasında "exit-poll" həyata keçirilib. Günün əvvəlində məntəqələrdə əsasən seçici fəallığı müşahidə olunsa da, seçki prosesi yekunlaşana yaxın seçici aktivliyi bir qədər zəif olub".

R.Abbasov qeyd edib ki, aparılan monitorinqin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev 81,4%-lə öndədir: "Ümid Partiyasının sədri İqbal Ağazadə 1,4%, ASDP sədri Araz Əlizadə 0,7%, MMP sədri Hafiz Hacıyev 0,3%, BAXCP sədri Qüdrət Həsənquliyev 0,3%, Milli Şuranın namizədi Cəmil Həsənli 9,1%, Ədalət Partiyasının sədri İlyas İsmayılov 0,3%, MDHP sədri Fərəc Quliyev 0,2%, ADP sədri Sərdar Cəlaloğlu 0,2%, Zahid Oruc 0,3% səs qazanıb. Etibarsız anketlərin sayı 1,4% təşkil edib".

AzNews.az