Ötən il 33 nəfər xaricdə təhsil üzrə dövlət proqramından imtina edib

2025-ci ildə 33 nəfər xaricdə təhsil üzrə dövlət proqramında qalib olsa da, bundan imtina edib.

Aznews.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, həmin yerlərə daha əvvəl proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər daxil edilib.

T.Topalova həmçinin əlavə edib ki, proqramda qalib olduqdan sonra imtina edənlərin yenidən xaricdə təhsil üzrə dövlət proqramına müraciətinə şərait yaradılır.