Prezident parkın açılışını etdi - Fotolar

Prezident İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili məqsədi ilə geniş imkanlara malik istirahət zonası yaradılıb. Ərazisi 1,8 hektar olan istirahət mərkəzində müasir üslubda fəvvarələr kompleksi qurulıb, diametri 20 metr olan musiqili fəvvarə yaradılıb: "Müasir işıqlandırma sistemi ilə təchiz edilən fəvvarə müxtəlif rəng çalarlarına malikdir. Burada quraşdırılan şəlalə parka xüsusi gözəllik verir. Parkda monitor da quraşdırılıb".
İcra başçısı qeyd edib ki, parkda uşaqlar üçün əyləncə kompleksi yaradılıb: "Buradakı ana və uşaq kafesi, əyləncə sahəsi, müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verəcək. Min kvadratmetrlik kompleks paytaxt parklarının içərisində ən böyük əyləncə mərkəzlərindən biridir. Bununla yanaşı, rayonun florasının zənginləşdirilməsi məqsədi ilə 7 min kvadratmetr ərazidə yaşıllıq salınıb. İstirahət məkanında dekorativ ağac və gül kolları əkilmiş, avtomatik suvarma sistemi qurulub. Parkboyu bütün binalar müasir, zövq oxşayan forma və üslubda bərpa edilmiş, fasadları yenilənib".

Azər
AzNews.az

image description image description