Putin və Lukaşenko tezliklə Zelenskinin təhdidlərini müzakirə edəcəklər – Kreml

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko yaxın gələcəkdə Vladimir Zelenskinin Minskə qarşı təhdidləri və digər məsələləri müzakirə etmək üçün təmaslar qurmağı planlaşdırırlar.

"Bəli, bildiyiniz kimi, Aleksandr Lukaşenko da bu barədə danışıb. Onlar yaxın gələcəkdə bir-biri ilə əlaqə saxlamağı planlaşdırırlar. Bu, bu və digər məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq", - deyə o qeyd edib.

Zelenski daha əvvəl Belarusa qarşı təhdidlər səsləndirərək, Ukrayna ilə sərhəddə yerləşən hərbi texnikanın bir həftə ərzində çıxarılmaması halında, onlara hücum əmri verməyə hazır olduğunu bildirmişdi.

Mövsüm,

AzNews.az