Rövşən Əkbərov yüksək vəzifəyə gətirilir

Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Daxili Qoşunların komandanı Zakir Həsənov Müdafiə naziri təyin edilib.
"Axar.az"a etibarlı mənbədən daxil olan məlumata görə, korpus kamandiri, Azərbaycanın Milli Qəhrəmanı, məşhur general Rövşən Əkbərov Zakir Həsənovu Daxili Qoşunların komandanı vəzifəsində əvəzləyəcək.

Xatırladaq ki, R.Əkbərov Azərbaycan ordusunda peşəkar zabit kimi qəbul edilən kadrlardan və Müdafiə naziri vəzifəsinə gətiriləcəyi barədə adı hallanan şəxslərdəndir. Daxili Qoşunların komandanı vəzifəsinə təyinat alacağı təqdirdə R.Əkbərov həm də nazir müavini statusunu alacaq.

AzNews.az