- Köhnə - Cəmiyyət
- 24 Oktyabr 2013 10:18
- 2 674
Müəllimlərin vahid forması arxivə atıldı
Vahid məktəbli formasına keçiddən sonra müəllimlər üçün də vahid geyimin tətbiqi məsələsi gündəmə gətirilsə də, bu məsələ reallaşmır.
Bakı Tikiş Evinin hazırladığı müəllim geyimi eskizlərinə təhsil müəssisələri və müəllimlərdən xüsusi diqqət olmadığından qurum bu istiqamətdə fəaliyyəti dayandırıb.
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimovun AzNews.az-a verdiyi məlumata görə, müəllimlər üçün hazırlanan geyimlərdən indiyə qədər ancaq bir təhsil müəssisəsi istifadə edib: "Zaqatala Müəllimlər İnstitutu ötən il də, bu il də bizdən müəllimlər üçün geyim alıb. Eskizlərə bir qədər dəyişiklik edərək həmin müəssisənin müəllimləri üçün geyim istehsal olundu. Ancaq başqa təhsil müəssisələrinin nümayəndələri gəlib biz hazırladığımız eskizlərlə maraqlanmadılar. Ona görə biz bu işi dayandırdıq".
Elnarə
AzNews.az