- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2013 16:11
- 3 486
Ziya Məmmədovun oğlundan müğənnilərə qadağa
Axşam.az-ın məlumatına görə, bu haqda xəbəri "ATV maqazin" verilişinə açıqlamasında əməkdar artist Abbas Bağırov deyib.
O, rəsmi şəkildə bütün telekanallara və radiolara xəbərdarlıq edildiyini bildirib:
"Aləm gözəl" mahnısı mənim üçün yazılmışdı. Uğurlu alındı. Bilmirəm, sənətçilərimiz bu uğura sevindilər, yoxsa paxıllıqları tutdu deyə, hamı onu oxumaq istədi. Bu uğura şərik olmaq istədilər. Bizim müğənnilərin əksəriyyəti mahnını oxuyarkən bəstəkardan icazə almırlar. Buna görə də Anar Məmmədov mahnıya qadağa qoydu. Bütün telekanallara və radiolara rəsmi xəbərdarlıq edilib. Mahnını icazəsiz oxuyan cəzalandırılacaq. Cəza nədən ibarətdir və məsələ nə qədər ciddidir, bunu Anar bəyin vəkili deyə bilər".
Qeyd edək ki, Anar Məmmədov həmçinin nəqliyyat naziri Ziya Məmmədovun oğludur.
AzNews.az