- Köhnə - Cəmiyyət
- 30 Oktyabr 2013 19:23
- 2 976
“Elnarənin ölümü ciddi araşdırma tələb edən məsələdir”
Bu sözləri tibb eksperti professor Adil Qeybulla Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi BSU-nun Yaradıcılıq fakultəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə kəskin tənəffüs çatışmazlığının səbəb olduğu haqda rəyinə münasibət bildirərkən "Axar.az"a deyib.
Tanınmış professor hesab edir ki, ekspertizianın rəyindən asılı olmayaraq hadisədə həkimlərin cinayətini ört-basdır etmək olmaz:
"Bu hadisədə isə konkret olaraq xəstə tibbi prosedura vaxtı dünyasını dəyişdiyi üçün çox ciddi bir araşdırma tələb edən məsələdir. Hər halda məhkəmə tibbi ekspertizası kəskin tənəffüs çatışmazlığı rəyini verib. İstintaqın borcu ondan ibarətdir ki, bu məsələni hərtərəfli araşdırıb həkimlərin səhvini təsbit etsin. Mən hesab edirəm ki, kəskin tənəffüs çatışmazlığı narkoz zamanı baş verən ağırlaşmadan ola bilər. Xəstənin də ağ ciyərində ola bilər ki, əməliyyata qədər hər hansı bir problem olsun və bu, əməliyyat zamanı özünü büruzə versin. Amma bu, həkimlərin cinayətini ört-basdır etmək üçün səbəb ola bilməz. Hesab edirəm ki, ölən şəxsin şəxsiyyəti, ictimailik əmsalına ciddi önəm verilməli və bu, araşdırma zamanı nəzərə alınmalıdır. Düşünürəm ki, ibtiadi istintaq məsələyə aydınlıq gətirəndən sonra burda məhkəmə araşdırması olacaq və ictimaiyyət nümayəndələri hadisənin gedişatından ətraflı xəbər tutacaqlar".
Xatırladaq ki, iki azyaşlı qız usağının anası E.Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişib. İstintaq gedir.
AzNews.az