Generalın yerinə vəzifəyə gətirilən şəxs məlum oldu

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə işdən çıxarılması barədə məlumat vermişdik.

"Axar.az"a daxil olan qeyri-rəsmi məlumata görə, Ehiram Xəlilovun yerinə Tovuz rayon Gömrük İdarəsinin rəhbəri Vəzir Həsənov gətirilib.
Dövlət Gömrük İdarəsinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bu arada Ehtiram Xəlilovun təyinatı barədə də məlumat yayılıb. "Aznews.az"ın xəbərinə görə, general-mayor Ehtiram Xəlilov Aksiz Gömrük İdarəsinin rəisi təyin edilib. Məlumat üçün bildirək ki, yeni təyinat əvvəlki görəvinə nisbətdə general-mayor üçün daha aşağı vəzifə sayılır.

Xatırladaq ki, Vəzir Həsənovun çalışdığı yer dəyişmədən öncə, 25 oktyabrda Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev Tovuzda olub və bölgədəki vətəndaşların şikayətlərini dinləyib.


AzNews.az