Bu gün Səfər Əbiyevin oğlunun toyudur: O, kimlə qohum olur; toya kimlər gəlməyəcək?

Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev bu gün oğluna toy edəcək.


AzNews.az xəbər verir ki, keçmiş nazirin oğlunun toy mərasimi bu gün "Buta Palace"da keçiriləcək.

Gəlinin ailəsinə gəlincə, keçmiş nazirin gəlini qubalıdır. O, Quba avtovağzalının keçmiş müdirinin nəvəsidir.

Bəzi məlumatlara görə isə keçmiş nazir oğlunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyster Xidmətinin Quba rayon şöbəsinin müdürünün qızı ilə evləndirir.

AzNews.az-a daxil olan məlumata görə, toy mərasimində yüksək rütbəli məmurların iştirakı gözlənilmir.

S.Əbiyevin nazir postundan uzaqlaşdırılması və bundan sonra barəsində bir çox məlumatların yayılması, yeni vəzifəyə təyin ounmaması, eləcə də əvvəllər rəhbərlik etdiyi nazirlikdə yüksək postlar tutan şəxslərin də vəzifələrini itirməsi toyda iştirak edəcək qonaqların sayını azaldacaq.

Hətta S.Əbiyevin vəzifəyə təyin etdiyi və yeni nazirin sərəncamları ilə vəzifədən azad edilən generalların da keçmiş nazirin oğlunun toyuna qatılmayacağı bildirilir. Bu isə həmin şəxslərin onlara yenidən hansısa postun etibar edilməsi ilə bağlı gözləntiləridir.

Bütün bunları nəzərə alan S.Əbiyevin Vergilər Nazirliyində çalışan ikinci oğlunun toy mərasimini təxirə salmağı planlaşdırdığı deyilir. Lakin bunun daha artıq ajiotaj yaradacağını düşünən keçmiş nazir bu fikrindən vaz keçib.

Azər
AzNews.az