Zakir Həsənov döyüş bölgəsində - Foto

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.

Zabit heyətilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən müdafiə naziri və Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

AzNews.az