Əli Həsənovdan İran-Azərbaycan sərhədinin bağlanmasına münasibət

"Azərbaycan və İran arasında beynəlxalq, regional və ikitərəfli məsələlərdə normal münasibətlər mövcuddur"


Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran-Azərbaycan sərhədinin Biləsuvar rayonu ərazisindən bağlanması məsələsinə qısa münasibət bildirib.

PA-nın şöbə müdiri Ə.Həsənov Publika.Az-a açıqlamasında söyləyib ki, hazırda İran və Azərbaycan dövlətləri arasında heç bir problem yoxdur: "Azərbaycan və İran dövlətləri arasında beynəlxalq, regional və ikitərəfli məsələlərdə normal münasibətlər mövcuddur. O ki qaldı sərhəd keçid və gömrük məntəqələri ilə bağlı iki ölkənin müvafiq orqanları arasında yaranmış bu və ya digər anlaşılmazlıqlara, bütün bunlar da həll olunan məsələlərdir. Yəqin ki, İran və Azərbaycan sərhəd rejimində yaranmış vəziyyətlə bağlı da müvafiq tərəflər açıqlama verəcəklər".


AzNews.az