- Paytaxt
- 16:52
- 1 810
ŞKTR Baş naziri Ünal Üstel Bakıda keçiriləcək TDT iclasında iştirak edəcək
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısında iştirak edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Şimali Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Qeyd edək ki, Bakıda 1-2 aprel tarixlərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirləri və vitse-prezidentlərinin 2-ci iclası keçiriləcək.