- Rusiya və İran
- 13:15
- 839
"Al Araby" telekanalının Tehrandakı ofisinə raket zərbəsi endirildi
Qətərin "Al Araby" telekanalının İranın paytaxtı Tehrandakı ofisi raket atəşinə məruz qalıb.
Aznews.az telekanala istinadən xəbər verir ki, zərbə nəticəsində ofisin yerləşdiyi bina ciddi şəkildə zədələnib.
Kanalın müxbiri Hazem Kallas dağıntıları öz mobil telefonu ilə qeydə alıb.
"Mən ofisdən reportaj aparırdım, bu zaman qəfildən binaya raket düşdü. Vəziyyət son dərəcə təhlükəlidir, fotoqraf həmkarlarım bizimlədir. Bina açıq-aydın dağılıb, hadisəyə görə küçəyə insan kütləsi toplaşıb", - o bildirib.
Qeyd olunub ki, redaksiya əməkdaşları təhlükəsizlik məqsədilə təxliyə ediliblər.