Müəllimlərin məvacibləri artırıla bilər – Milli Məclis


Azərbaycanda "Elm haqqında" Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.


AzNews.az-ın xəbərinə görə, bunu "Elm və təhsil" Komitəsinin sədri Şəmsəddin Hacıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Ş. Hacıyev bildirib ki, müzakirə yaxın vaxtlarda reallaşması mümkündür: "Ölkədə fəaliyyət göstərən müəllimlərin və elm adamlarının maaşlarının 10% artırılması üçün dövlət büdcəsindən 300 mln. manat həcmində vəsaitin ayrılması tələb olunur".

O qeyd edib ki, müəllimlərin maaşlarını artırmaq üçün əvvəlcə elm sahəsində ciddi işlər aparılmalıdır: "Elm sahəsində ciddi texniki baza hazırlanmalı, bundan sonra müəllimlərin maaşları artırıla bilər. Çünki bunun üçün texniki və qanuni baza hazır olacaq".

AzNews.az