İki nazirliyin birləşdirilməsi təklif edildi – Milli Məclis


Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdirilməsi təklif olunub.

AzNews.az-ın xəbərinə görə, Milli Məclisn bu gün keçirilən plenar iclasında həmin təklifi deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev gündəmə gətirib.

F. Mustafa hesab edib ki, hökumətdə paralel strukturlar və nazirliklər ləğv edilərək birləşdirilməlidir: "Bu sahədə ciddi islahata ehtiyac var. Bu yolla həm idarəetmənin effetktivliyini təmin etməklə, bürökratiyanı aradan qaldırmaq olar. Bu eyni zamanda büdcə qənaətinə gətirib çıxarar".

Q.Həsənquliyev də F. Mustafanın təklifini dəstəkləyərək bildirib ki, belə bir isalahatlar aparmaqla xərcləri azaltmaq olar.

AzNews.az