- Köhnə - Cəmiyyət
- 15 Noyabr 2013 20:19
- 5 411
Aşura günü 1774,8 litr qan tədarük olunub - Video
Hazırda tədarük olunan qanların laboratoriyalarda 4 növ infeksiya üzrə analizi aparılır. Toplanan qanlar hepatit B,S, spid və siflis üzrə yoxlandıqdan sonra heç bir infeksiya aşkarlanmazsa xəstəxanalara paylanacaq. Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyevanın sözlərinə görə, istifadəyə yararlı qanlar rayon və şəhər xəstəxanalarına, eləcə də, diaqnostika mərkəzlərinə çatdırılacaq. Artıq toplanan qanın 50%-i laborator müayinələrdən keçib.
Mərkəzi Qan Bankının Baş həkimi Pərvanə Hacıyeva 200 litr qanın yararsız olduğunu bildirib: "2000 qanın laborator nəticəsi müəyyən olunub. 200 litr qan yararsız olub, yəni onlarda infeksiyalar aşkarlanıb, bu qanlar xüsusi qaydalara uyğun olaraq qanyandırma yerində yandırılacaq. 2000 litr qanın nəticəsi isə daha sonra müəyyən olacaq".
Tədarük olunan qanlar əsasən onkoloji, böyrək dializi, talasemiya, hemofliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Tədarük olunan qanlar 35-40 gün ərzində istifadə olunmalıdır. Respublika Diaqnostika Mərkəzinin genetiki professor Elxan Rəsulov da hesab edir ki, xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların bu qana ehtiyacı var. Genetik son vaxtlar ölkədə qan xəstəlikləri daşıyıcılarının sayında artımın müşahidə olunduğunu deyir.
Qeyd edək ki, ötən illə müqayisədə bu il qan verənlərin sayında artım müşahidə olunur. Bakıda keçirilən könüllü aksiyada 2979, rayonlarda isə 1458 nəfər donor kimi iştirak edib.
AzNews.az