Xaçmazda YAP-ın 21-ci ildönümü qeyd olunub- Fotolar


Xaçmazdakı Tarix-Diyarşünaslıq muzeyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, millət vəkilləri İlham Əliyev, Arif Əşrəfov və YAP rayon təşkilatının sədri Nazim Ağayev iştirak edib.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev partiya üzvlərini ildönüm münasibətilə təbrik edib. Sonra mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Daha sonra YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev geniş məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, millət vəkilləri İlham Əliyev, Arif Əşrəfov, Xaçmaz gəncləri adından Amil Rəhimov rayonda çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Sonda bir qrup partiya üzvünə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib, yeni üzvlərə vəsiqələr verilib.

Azər
AzNews.az
image description image description image description image description