- Köhnə - Cəmiyyət
- 21 Noyabr 2013 08:37
- 12 774
Füzuli Musayev: “Şəxsi həyatımla bağlı yazanı…”
AzNews.az xəbər verir ki, Füzuli Musayev ona istinadən yazılan xəbər haqqında açıqlama verib: "Mən ötən gün şəxsi həyatımla bağlı heç bir açıqlama verməmişəm. Mətbuatın şəxsi həyatımla bağlı hər hansı yazını yazmasına qadağa qoyuram".
Qeyd edək ki, müğənni Ayan ATV-nin "Onlar" verilişinə ailə qurması barədə açıqlama verib. Həmin açıqlamasında bildirib ki, artıq ailəli olması ilə bağlı suallardan yorulub və evli bir qadın olduğunu etiraf edib. Müğənninin hələ bir neçə ildir ki, bərabər olduğu şəxsə gəldikdə isə məşhur idmançı, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev olduğu aşkarlandı.
Bahar Rüstəmli
AzNews.az