- Köhnə - Cəmiyyət
- 3 Dekabr 2013 18:25
- 8 543
Şabalıd ağacları məhv olur - VIDEO

Sakinlərin sözlərinə görə, Sovet dönəmində xüsusi vertalyotlar vasitəsi ilə ərazidəki bütün ağaclar xəstəliklərə qarşı çiləmə üsulu ilə dərmanlanırdı. İndi isə dərmanlama işləri aparılmadığından xəstəliyə yoluxan ağaclar quruyur. Ağaclarının məhv olması rasionumuzda özünəməxsus yer tutan bu bitkinin qiymətinədə ciddi təsir göstərib.
Mütəxəssislərə görə şabalıd ağaclarının gövdəsinə düşən və nekroz adlanan bu əvvəllər müşahidə edilməyib. Son 10 ildə yayılan xəstəliyin qarşısının alınması üçün kimyəvi mübarizə üsullarından istifadənin vacibliyi bildirilir.
Bu fərdi təsərrüfatlarda insanların təkbaşına edəcəyi bir iş deyil bu dövlət səviyyəsində görüləcək bir işdir. Çünki kütləvi surətdə kimyəvi mübarizə üsulu ilə bunu yerdən çiləmək mümkün deyil, çünki ağaclar həddindən artıq hündürdür.
Mütəxxəsisin sözlərinə görə bu xəstəlik yoluxucu xarakter daşıdığından onunla mübarizə bütün Qafqazda aparılmalıdır. Əks halda əsrlərlə yaşayan və həddən artıq zəngin tərkibi olan şabalıd ağaclarının bölgədə tamamilə tükənərək məhv olacağı qaçılmazdır.
AzNews.az