- Köhnə - Cəmiyyət
- 15 Dekabr 2013 22:47
- 2 391
Səlim Müslümov: "Onlar dərhal işlərini başa düşdülər" - VIDEO

Mənim onların bəzilərinə bir ritorik sualım oldu ki, sizin aylıq əmək haqqınız nə qədərdir? Mənə cavab verildi ki, 182 manat. Dedim, sizcə, 182 manata görə o boyda məsuliyyətin altına girib orada oturmağa dəyərmi? Niyə gedib həkim işləmirsiniz?"
Əmək və əhalinin sosial müdafiəsi naziri həmin vəzifələrə müsabiqə yolu ilə gənclərin cəlb olunacağını və onlara verilən maaşların da artırılacağını bildirib.
Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, lakin hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərinin yoxlanmağa başlanıldığını deyib.
Əlillik dərəcəsinin verilməsilə bağlı tibbi yoxlanışların asanlaşdırılmasına toxunan nazir bu prosedurların avtomatlaşdırlacağını söyləyib.
AzNews.az