- Köhnə - Cəmiyyət
- 25 Dekabr 2013 15:12
- 1 326
“Azərbaycan- İslam mədəniyyətinin incisi” adlı fotosərgi- Foto

Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, prezident İlham Əliyevin doğum gününə həsr edilmiş sərgidə Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi irsin qorunması, dövlət başçısı tərəfindən tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı aparılan geniş fəaliyyət əksini tapıb.
Sərgidə həmçinin ölkəmizdə islam memarlığının, islam dininin yayılmasını tərənnüm edən tarixi məscidlərimizlə yanaşı son 20 il ərzində 17-dən 1700-ə çatmış tarixi və yeni məscidlərin, o cümlədən Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş, prezident İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulmuş və bu ilin may ayında təntənəli açılışı olmuş Şamaxı Cümə məscidi kimi həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasını əks etdirən ibadət evlərinin fotoları yer alıb.
Sərgi Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər - Türkiyənin millət vəkilləri, media nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
AzNews.az