- Köhnə - Cəmiyyət
- 3 Fevral 2014 13:51
- 4 636
Tağı Əhmədov “28 May”da- FOTO

Metropolitendən AzNews.az-a sayıtına verilən məlumata görə, Tağı Əhmədovun iştirakı ilə "28 May" stansiyasına yenidənqurma prosesinə geniş tərkibdə baxış keçirilib.
Stansiya yaxınlığındakı ventilyasiya köşkünün yenilənməsi, giriş meydançasında qranit təbəqəsinin döşənməsi və işıqlandırma sistemi ilə bağlı görülən tədbirlər metropoliten rəhbərinə məlumat verilib.
Bildirilib ki, vestibülün mərmər-qranit təbəqəsində və elektrik sistemləri ilə bağlı tədbirlər başa çatdırıldıqdan sonra avadanlıqlar quraşdırılacaq. Stansiyanın tələbatı nəzərə alınaraq, burada 10 keçid aparatı qoyulacaq.
Tağı Əhmədov "28 May" stansiyasının ikinci giriş-çıxışı, piyada tuneli və "Cəfər Cabbarlı" stansiyasına keçidlə əlaqədar bəzi tədbirlərin yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Amid
AzNews.az