VHP Rəsulzadənin yubileyi ilə bağlı tədbir keçirdi

Fevralın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak edib. Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının sədri İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, aparıcı gənclər təşkilatının üzvləri və tanınmış ziyalılar da qonaqlar arasında olub.

Tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı Rəsulzadənin Azərbaycan tarixindəki rolundan və onun gənclər üçün əhəmiyyətindən danışıb:

"Rəsulzadə ideologiyadır. Bu dövlətin özünə də ideologiya lazımdır. Dövlətin üstünə getmək lazım deyil, onun bu dəyərə sahib çıxmasını təmin etmək lazımdır. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir".

Tədbirdə çıxış edən Müsavat başqanı Rəsulzadənin Müsavat və ADR qurucusu olmasından və dövlətçilik ənənələrindən danışıb: "Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir".

AzNews.az
image description image description image description image description