Prezident Arif Paşayevi ordenlə təltif etdi- SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.M.Paşayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "İstiqlal" ordeni ilə təltif edilsin".



AzNews.az