Nazir vətəndaşlarla görüşdü- FOTOLAR


Bu gün Vergilər naziri Fazil Məmmədov tərəfindən Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən AzNews.az-a verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dən çox vətəndaş Vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.

Amid
AzNews.az