- Köhnə - Cəmiyyət
- 25 Fevral 2014 13:54
- 5 410
Milli Məclisdə 4 qanun qəbul olundu

İclasda 4 qanun layihəsi qəbul olunub.
"Xəzər Dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında protokolunun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılaraq yekdil səslə qəbul olunub.
"Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" sazişin təsdiq edilməsi barədə (2008-2012)" qanun layihəsi qəbul olunub.
"Ölkədən getmək, ölkədən gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər edilməsi məsələləri və "Dəniz limanları haqqında" qanun layihəsi isə ilk oxunuşda təsdiq olunub.
AzNews.az