Faiq Ağayev “Ana fəryadı”nı ziyarət etdi

Xalq artisti Faiq Ağayev dünən gecə saatlarında "Ana fəryadı" abidəsini ziyarət edib.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb: "Azərbaycan tarixinin müdhiş, qanlı, zülmət gecəsi, milli yaddaşımızın sağalmayan yarası...Ürəyim dözmədi... Gecə ilə soyqırım qurbanlarımızın xatirəsinə ucaldılmış abidə qarşısına gəldim. Qanınız yerdə qalmayacaq. Unutmuruq, unutmamışıq, unutmayacayıq".

Bahar Rüstəmli
AzNews.az