- Köhnə - Cəmiyyət
- 26 Fevral 2014 19:06
- 4 166
Hərbi hissələrdə anım tədbirləri keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.
Hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və C.Naxçıvanski adına Hərbi Liseydə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən "Soyqırımı tarixin dastanı" adlı mənzum-tamaşası təqdim edilib.
AzNews.az