TQDK vakant yerləri doldurdu

Ali məktəblərin vakant yerlərinə və kolleclərə tələbə qəbulu üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. 2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqənin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan nəticələri qurumun rəsmi saytında yerləşdirilib. Müsabiqədə iştirak üçün 12 522 nəfər abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

Onların 11413-ü -Azərbaycan, 1109-u rus bölməsinin abituriyentidir. Müsabiqədə yalnız avqustun 19-dan 23-dək ixtisas seçimi ərizəsini təsdiqlədən abituriyentlər iştirak edə bilərlər. Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı faiz dolub. Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer rus bölməsinin abituriyentləri üçündür. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.

Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün müsabiqə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən keçirilir.

Gültən
AzNews.az