Qənirə Paşayevanın hamını təəccübləndirəcək VİDEOSU YAYILDI

Məlum olduğu kimi, Milli Məclisinin bəzi üzvlərinin, eləcə də bir sıra vəzifəli şəxslərin nurçu olması və onların bu təriqətin Azərbaycanda fəaliyyət göstərən şəbəkəsinə bağlılığı barədə fikirlər ölkə mediasının əsas müzakirə mövzusudur.
"Nurçular siayhısı" günü-gündən genişlənir, bununla bağlı müzakirələr, araşdırmalar, ittiham edilən şəxslərin açıqlamaları intensivləşir.

Belə bir məqamda AzNews.az şok effekt yarada biləcək bir video əldə edib. Ötən il "yootube"da yayılan materialda millət vəkili, adı nurçıların siyahısında hallanan Qənirə Paşayevanın çıxışı yer alıb.

Videoda deputat Qənirə Paşayeva Türkiyədə nurçuların, daha doğrusu fətullahçıların lideri Fətullah Gülənə bağlı qurumlar tərəfindən reallaşdırıldığı hesab edilən Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Türkçə Olimpiyadaları - Musiqi Finalındakı (Türkçe Olimpiyatları Şarkı Finali) çıxış edir. Mərasim 2013-cü il iyunun 7-də Sinan Erdem adına İdman-Konsert Salonunda keçirilir. Deputat mərasimdə çıxışı zamanı bu aksiyanı yüksək qiymətləndirir və bildirir ki, ora toplaşanlar eyni duyğunu paylaşaraq, bir qardaşlıq nümunəsi göstərirlər: "Dünyanın bu sevgiyə ehtiyacı var. Bu gün qazanan gözəl türk cəmiyyətidir. Mən dünya ölkələrinə gedəndə türk məktəblərini ziyarət etdim. Həmin müəllimlərə alqış istəyirəm. Bəlkə bizim bir çoxumuzun minlərlə dollar pulla gedə bilməyəcəyimiz yerə onlar sevgisi ilə insanlıq adına gedir".

Daha sonra Q. Paşayeva adıçəkilən tədbirin təşkilatçısı kimi tanınan Fətullah Gülənə işarə edərək, ona xüsusi təşəkkür ismarışı göndərib: "Hər bir işin bir memarı var. Mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm. Hamınızın yerinə ona "Allah razı olsun" deyirəm. Çünki bu gün dünyanın ehtiyacı olan şey bu salonda olan sevgidir, anlayışdır, qardaşlıq duyğusudur. Bu gənclər də dünyaya bunu yayacaq".
Qeyd edək ki, bir neçə gün əvvəl ANS Azərbaycandakı nurçu deputatların siyahısını təqdim etmişdi. Həmin siyahıda Qənirə Paşayevanın da adı çəkilirdi. Qənirə xanım isə AzNews.az-a açıqlamasında bu iddiaları rədd etmişdi. Bildirmişdi ki, bu informasiyaları yayanlarla hüquq dilində danışacaq.

Bu video isə millət vəkili ilə bağlı yayılan xəbərlərin əsasız olmadığı qənaətini yaradır.

Həmin videonu təqdim edirik: