- Köhnə - Cəmiyyət
- 13 Mart 2014 16:40
- 4 736
Bayram Səfərov: “Jirinovski qələt edir”

AzNews.az-a açıqlama verən İcma sədri deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və Ermənistan tərəfindən işğal olunub: "Onun Rusiya dövləti adından danışmaq səlahiyyəti də yoxdur. Rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu fikirlərlə Jirinovski Rusiyanın dövlət siyasətinin əleyhinə çıxmış olur".
B. Səfərov onu da deyib ki, V. Jirinovski bu fikri işlətməklə qələt edir: "Rusiyanın ziyalı şəxsləri, siyasətçiləri heç vaxt Vladimir Jirinovskini adam yerinə qoymur və onun fikirləri qeyri-ciddi sayılır. Onun heç bir Rusiya xalqının adından danışmaq mandatı da yoxdur".
Qeyd edək ki, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya KİV-lərinin birinə müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan heç vaxt Qarabağ barədə razılığa gələ bilməyəcəklər. Ona görə də Qarabağı da Rusiyanın tərkibinə qatmaq lazımdır. O zaman ermənilər də inciməyəcək və Azərbaycan məcburi bununla barışmalı olacaq.
Amid
AzNews.az