- Paytaxt
- 13 May 17:12
- 4 460
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Buna qədər B.Əhmədov Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.