- İşin içi
- 13 May 17:01
- 1 214
Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.
Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi ilə bağlı məlumatları dərhal sistemə əlavə etməlidirlər.
"Artıq banklar sistemə inteqrasiya edilib. Bu ilin sonuna qədər ödəniş və elektron pul təşkilatları da sistemə inteqrasiya ediləcəklər. İnterqasiya işləri tamamlandıqdan sonra dərhal lazımi məlumatlar real vaxt rejimində sistemə daxil edəcək və bununla da vahid baza formalaşacaq. Nəticədə AMB valyuta ilə bağlı əməliyyatlara daha effektiv, daha səmərəli şəkildə nəzarət edə biləcək", - deyə AMB rəsmisi qeyd edib.