Milli Məclisdə 7 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclası mayın 16-da keçiriləcək.


AzNews.az AzVision.az-a istinadən verdiyi məlumata görə, gündəliyə 7 məsələ təklif olunub.

Bu məsələlərə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi barədə layihə, "Körpələr evlərinə, korpələr evi uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi, dövlət rüsumu haqqında qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə daxildir.

AzNews.az