Sabir Rüstəmxanlı: “Verilən cəza bu səhvə adekvat deyil“

Parlamentin bugünkü iclasında bir neçə deputat əfv məsələsindən danışıb.

Eyni zamanda, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək, prezidentin əfv fərmanını yüksək qiymətləndirdiyini deyib:

"Bu proses davam etdirilməlidir. Həbs olunan gənclər yüksək təhsil almış, cəmiyyət üçün faydalı şəxslərdir. Ola bilər hansısa səhv hərəkət ediblər. Amma verilən cəza bu səhvə adekvat deyil, çox sərtdir. Buna görə də mən həmin şəxslərin əfv edilməsinin tərəfdarıyam". /Hafta.az/