"ABŞ Suriyadan tamamilə çəkiləcək!"

ABŞ administrasiyası Suriyadakı təxminən min nəfərlik hərbi kontingentini qarşıdakı iki ay ərzində tam şəkildə geri çəkməyi planlaşdırır.

Bu barədə ABŞ-ın nüfuzlu nəşri “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun Suriyadakı hərbi mövcudluğuna son vermək qərarı Dəməşq hökumətinin ölkə ərazisinin böyük hissəsində nəzarəti bərpa etməsi və PKK terror təşkilatının Suriyadakı qolu olan SDG-nin Suriya hakimiyyətinin bir hissəsi olmaq öhdəliyindən sonra gündəmə gəlib.

Bildirilir ki, bu plan yalnız bəyanat səviyyəsində qalmayıb, artıq sahədə konkret addımlar da atılıb. Ötən həftə ABŞ ordusunun beynəlxalq koalisiya çərçivəsində İŞİD-lə mübarizə məqsədilə istifadə etdiyi strateji əhəmiyyətə malik Ət-Tənf və Şəddadi bazalarını boşaltdığı açıqlanmışdı.

Mövsüm,

AzNews.az