Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müxtəlif mükafatlar alması haqda xəbərləri tez-tez eşidirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müxtəlif mükafatlar alması haqda xəbərləri tez-tez eşidirik.

Birinci ledilərin Birincisi - FOTOLAR

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müxtəlif mükafatlar alması haqda xəbərləri tez-tez eşidirik.



O, bu mükafatlara müxtəlif sahələrdə göstərdiyi xidmətlərinə görə layiq görülür. Ancaq etiraf edək ki, Mehriban Əliyeva özü Azərbaycanın bəxtinə düşən ən böyük mükafatdır.

Təsadüfi deyil ki, Mehriban Əliyeva sadəcə bir birinci xanım deyil, Qafqazın Sofia Loreni kimi təqdim olunur.

Onu belə də təqdim edirlər: "Şərq gözəli Mehriban Əliyeva, dünyanın ən fəal birinci xanımı".

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın - Öz gözəlliyi, zövqlü geyimi, intellektuallığı ilə bütün birinci ledilərin birincisi olan bu xanımım yubileyidir.

Modern.az saytı yubilyarın müxtəlif vaxtlarda müxtəlif KİV-lərdəki müsahibələrindən seçmələri təqdim edir:

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.

Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir".

"Bu qadın çox ağıllıdır, çox gözəldir və istənilən işdə nəticə əldə etməyi bacarır. O, öz ölkəsinin həqiqi birinci ledisidir".

Bunu 2009-cu ildə Mehriban Əliyevanın müsahibəsini çap edən Rusiyanın "Exo Planetı" jurnalı yazırdı.

"Azərbaycan prezidentinin həyat yoldaşı həyatında hər şeyə nail olub-üç övlad böyüdüb, ərinin dayağı və yardımçısıdır, öz xalqının rifahı naminə çoxsaylı ictimai vəzifə yerinə yetirir", - bu da həmin müsahibədə yazılırdı. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin sosial inkişafının vacib vasitələrindən biridir. Məhz bu qadının sayəsində Azərbaycan bədii gimnastikanın dünyadakı mərkəzlərindən birinə çevrilib. Nəhayət, o sevimli həyat yoldaşı və anadır".

Birinci xanım qadınlar haqqında

"Bu gün qadınlarımız təkcə ailə dəyərlərinin qoruyucusu deyil, onlar həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bizim müasir qadınlarımız sosial baxımdan fəaldırlar və onların ictimai proseslərə təsirləri getdikcə artır. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada qadınlar özlərinin ən yaxşı keyfiyyətlərini göstərməsinlər. Bizdə siyasətlə məşğul olan, dövlət qulluğunda, ümumiyyətlə, hər bir sahədə fəaliyyət göstərən qadınlar çoxdur. Onlar arasında bacarıqlı təşkilatçılara, müxtəlif səviyyəli rəhbər vəzifələrdə uğurla çalışanlara daha tez-tez rast gəlirik.

Lakin cəmiyyətimizdə tarixən elə şərait yaranmışdır ki, ictimai rəy qadını birinci sırada olan bərabərhüquqlu işgüzar tərəfdaş kimi qəbul etməyə hələ də tam hazır deyil. Əsrlər boyu kök salmış təfəkkür stereotipləri hələ çox güclüdür".

"Mənim üçün həmişə ən vacibi o olub ki, mən öz ölkəm üçün nə edə bilərəm"

"Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olub ki, mən öz ölkəm üçün nə edə bilərəm. Axı mənim bu gün məşğul olduğum ictimai fəaliyyət ərim Azərbaycanın prezidenti olan vaxtdan başlamayıb. Sadəcə olaraq, indi həmin fəaliyyət mətbuatda daha tez-tez işıqlandırılır.

Mən Heydər Əliyev Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas alıb, yeni səviyyəyə çıxıb.
Bu fondun əsas iş istiqaməti ən müxtəlif istiqamətlərdə humanitar fəaliyyətdir. Buraya valideyn himayəsindən məhrum olan uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazasının yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə və mədəniyyət sahələrində geniş proqramlar nəzərdə tutmuşuq və həyata keçiririk".

"Hədiyyə vermək mənə hədiyyə almaqdan daha çox sevinc bəxş edir"

- Siz hədiyyə almağı, yoxsa hədiyyə etməyi çox xoşlayırsınız? Yaxın adamlarınız üçün hansı hədiyyələri və necə seçirsiniz?

- Adətən, bu suala hamı belə cavab verir ki, onlar hədiyyə almağı yox, özləri hədiyyə verməyi xoşlayırlar. Mən bu cür cavabların səmimiliyinə inanıram, çünki özüm də beləyəm. Hədiyyə vermək mənə hədiyyə almaqdan daha çox sevinc bəxş edir. Xüsusən də o adamın ürəyindən keçəni hiss edəndə və həqiqətən onun arzuladığı hədiyyəni verəndə.

Qəribə də olsa, oğlum üçün hədiyyə seçmək hər şeydən çətin olur. Ərim üçün hədiyyə seçmək də asan deyil. O, çox təvazökar adamdır, adətən, yalnız məişətdə zəruri olan şeylərdən istifadə edir. Yadımdadır, ərimin 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: "Biz səni çox sevirik". Bu onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və bizim həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun üstündədir.

"Mənim həyat amalım..."

"Ömür boyu mənim həyat amalım belə olub ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

"Qadın ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır"

"Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar - oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır. İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Bu, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıdır. Belə köklərə malik olmaq xoşbəxtlikdir.

Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər. Mən həm dost, həm də sevimli olmaq istəyirəm.

...Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. İş belə gətirib. İlham bütün informasiya proqramlarına baxır, o, evdə olmayanda isə televizoru yandırmağa həvəsim də gəlmir. Kinomatoqrafiyaya gəldikdə isə, kino da mənim üçün ədəbiyyatdan törəmədir. Buna görə də, Avropa, o cümlədən rus kinosu mənə "Hollivud"un istehsal etdiyi filmlərdən daha yaxındır. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas problem vaxt problemidir.

...Şübhəsiz, iş çox olur, lakin mən iş günümün dolğun olmasından əziyyət çəkmirəm. İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir. Fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir.

...Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Çox vaxt siyasət dedikdə, insanın hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil.

...İstər YUNESKO-nun Xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir.

"Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə məxsus olduğu xalqın qadınlarına nümunədir".

Bu sözləri UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura deyib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında danışmaq mənim üçün çox xoşdur. Çünki o, özünün çoxşaxəli fəaliyyəti ilə məxsus olduğu xalqın qadınlarına nümunədir.

Yaxşı xatırlayıram, düz 10 il bundan əvvəl, 2004-cü ilin avqustunda mən Mehriban Əliyevanı UNESCO-nun xoşməramlı səfiri təyin etdim. Bu, mənim yaddaşımda çox xoş bir hadisə kimi qalıb.

Mehriban xanım ilə 2000-ci ilin aprelində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş türkdilli ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Azərbaycana ilk rəsmi səfərim zamanı tanış olmuşam. Ulu öndər Heydər Əliyev məni nahara dəvət etmişdi. Nahar zamanı mən o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva ilə tanış oldum. Bu tanışlıq mənim üçün çox xoş idi. Vurğulamaq istəyirəm ki, həmin görüş mənim UNESCO-nun baş direktoru seçilməyimdən cəmi 6 ay sonraya təsadüf edirdi və bu mənim üzv ölkələrdən birinə etdiyim ilk rəsmi səfərlərdən biri idi. O zaman mən Mehriban Əliyevanın UNESCO ilə işləmək arzusunda olması barədə təklif aldım və onu böyük məmnuniyyətlə qəbul etdim. Mehriban xanım Əliyeva ilə UNESCO-nun baş qərargahında görüşdük. İlk söhbətdən sonra mən əmin oldum ki, o, çox yaxşı xoşməramlı səfir olacaq. Bundan sonra ən vacib məsələ Mehriban Əliyevanı hansı sahə üzrə məsuliyyətlə təmin etmək idi. Çünki hər bir xoşməramlı səfirin ona məxsus öhdəliyi olur. Həmin vaxt milli, ənənəvi rəqslər, mahnılar və mərasimlərin daxil olduğu Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni Konvensiya üzrə danışıqlar gedirdi. Bu, Qeyri-maddi mədəni irs üzrə Beynəlxalq Konvensiyanın meydana gəlməsi dövrü idi.

Nəhayət, 2003-cü ilin payızında üzv ölkələrin yeni Konvensiyanı rəsmi şəkildə qəbul etmələrinə nail olduq. Mən məhz bu sahənin Mehriban Əliyevanı maraqlandıracağını düşünərək ona bu təkliflə müraciət etdim. Mehriban xanım da öz növbəsində bu təklifə müsbət reaksiya verərək dedi ki, cənab Matsuura, mən Sizdən bu yeni vəzifəni qəbul etməyə və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri kimi məsuliyyət daşımağa çox şadam.

Bu, həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə idi. Buna görə də 2004-cü ilin avqustunda UNESCO-nun baş qərargahında Prezident İlham Əliyevin iştirakı ilə nominasiya mərasimini təşkil etməyə çox şad idim. Bundan sonra bizim Mehriban xanım Əliyeva ilə birlikdə həm Parisdə, həm Bakıda, həm də digər yerlərdə çoxlu sayda yığıncaqlarımız keçirildi. Mən çox şadam ki, Mehriban Əliyeva Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verib.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description