- Siyasi müzakirə
- 26 Oktyabr 2025 01:20
- 10 837
Ana Vətən Partiyası: "Səhifəmiz oğurlanıb"
"Diqqət! Ana Vətən Partiyasının Mətbuat Xidmətinin səhifəsi oğurlanıb".
Bu barədə Ana Vətən Partiyasının sədrinin köməkçisi Həcər Məlikova məlumat yayıb.
O, bildirib:
"Nəzərinizə çatdırmaq istəyirik ki, Ana Vətən Partiyasının mətbuat xidməti mövcud deyil. Bir zamanlar mövcud olan partiyanın mətbuat xidmətinə aid səhifə məlum şəxslər tərəfindən ələ keçirilmiş, orada saxta məlumatlar paylaşılmaqla üzvlərimizi və cəmiyyəti yalnış istiqamətləndirməyə yönəlmiş məlumatlar paylaşılmışdır. Hər kəsdən diqqətli olmağa, sədrimiz Fəzail Ağamalının və Ana Vətən Partiyasının rəsmi səhifəsinin paylaşdıqlarından kənar dezinformasiyalara inanmamağa çağırırıq. Yaranmış mövcud vəziyyətlə bağlı yaxın günlərdə həmin şəxs və ya şəxslər barəsində hüquqi müstəvidə ölçü götürüləcəkdir".
AzNews.az