- Qərb
- 09:59
- 1 041
ABŞ ordusu İranın radar və PUA idarəetmə mərkəzlərinə zərbələr endirdi
ABŞ ordusu İranın radar və pilotsuz təyyarələrin idarəetmə mərkəzlərinə zərbələr endirib.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, hücum, ABŞ-ın MQ-1 pilotsuz təyyarəsinin beynəlxalq sular üzərində vurulması da daxil olmaqla, İranın hərəkətlərinə cavab olaraq həyata keçirilib.