Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib. Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.

Şeyxin yubileyi Gürcüstanda qeyd ediləcək

Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.



QMİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, II İliya A.Paşazadəyə telefonla zəng edərək təvəllüdünün 65-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib. Gürcüstan xalqının dini lideri Şeyxülislamı yaxın günlərdə qardaş Gürcüstan torpağında salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini dilə gətirib.

Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində Qafqaz müsəlmanlarının ali dini lideri A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcək. Bu münasibətlə Tbilisidə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.

Yubiley tədbirlərində iştirak etmək üçün Şeyxülislamla birlikdə Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icma başçıları, ictimai xadimlər Gurcüstana səfər edəcəklər.

AzNews.az